TQDK-dan builki qəbul imtahanları ilə bağlı AÇIQLAMA

16:57 | 12.01.2015
TQDK-dan builki qəbul imtahanları ilə bağlı AÇIQLAMA

TQDK-dan builki qəbul imtahanları ilə bağlı AÇIQLAMA

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəyan edib ki, quruma ünvanlanan suallar içərisində müxtəlif təyinatlı imtahanların keçirilmə tarixləri ilə bağlı suallar üstünlük təşkil edir.

"Bu tip suallara ümumi şəkildə cavab olaraq qeyd edə bilərik ki, 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının, buraxılış imtahanlarının, eləcə də sınaq imtahanlarının keçirilmə tarixləri hələ müəyyən olunmayıb”-deyə TQDK bildirib.

TQDK-dan deyilib ki, həmişə olduğu kimi bu il də imtahan tarixləri müəyyən olunan kimi dərhal qurumun Facebook səhifəsində məlumat veriləcək.//Modern.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM