TQDK-dan ümumtəhsil müəssisələrinə MÜRACİƏT

12:21 | 26.02.2014
TQDK-dan ümumtəhsil müəssisələrinə MÜRACİƏT

TQDK-dan ümumtəhsil müəssisələrinə MÜRACİƏT

Ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi prosesi davam edir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumtəhsil müəssisələrinin 2013-2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı məqsədilə elektron ərizənin təqdim edilməsi üçün “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların təsdiq edilməsi zəruridir. Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etmələri xahiş olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM