TQDK-dan qalmaqallı dərsliklə bağlı açıqlama

17:05 | 01.10.2015
TQDK-dan qalmaqallı dərsliklə bağlı açıqlama

TQDK-dan qalmaqallı dərsliklə bağlı açıqlama

Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurrikulum) əsasında hazırlanmış  və  bu tədris  ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş "Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) olub. 

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci  ilin əvvəlində   dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən "Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və "Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək, rəy hazırlanıb.  

Maketin  qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.

Qeyd edək ki, 8-ci sinif Azərbaycan dili dərsliyinin tapşırıqlarının birində danışıq tərzinin müayisəli şəkildə verilmiş formalarından birində vulqar, jarqon sözlərdən istufadə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM