TQDK-nın yeni ünvanı bilindi

16:48 | 20.11.2014
TQDK-nın yeni ünvanı bilindi

TQDK-nın yeni ünvanı bilindi

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün yeni bina tikiləcək.

ANN.Az Lent.az-a istinadən xəbəbr verir ki, Komissiyanın yeni binası TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcək. Belə ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.

Yeni bina tikilənə qədər isə TQDK  Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək.  Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM