TQDK xəstə şagirdləri qeydiyyata alacaq

13:21 | 04.03.2014
TQDK xəstə şagirdləri qeydiyyata alacaq

TQDK xəstə şagirdləri qeydiyyata alacaq

“2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”nın növbəti mərhələsi başlayıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, 01.03.2014-15.05.2014 aralığını əhatə edən bu mərhələdə ümumtəhsil məktəbləri əlaqələndiriciləri tərəfindən sağlamlıq imkanları məhdud şagirdlər haqqında məlumatlar “Şagird-məzun” sistemində qeyd edilməli və təhsil müəssisələri tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud şagirdlərin siyahısı TQDK-ya təqdim edilməlidir. Ümumtəhsil məktəblərindən xahiş edilir ki, yerinə yetirilməli olan işlərin göstərilən müddət ərzində icra edilməsini təmin etsinlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM