ABŞ-ın miqrasiya xidməti deportasiya olunmaları planlaşdırılan 1,5 milyona yaxın miqrantın siyahısını dərc edib. Bu siyahıda 709 Azərbaycan vətəndaşının da adı var.
Ümumi siyahıda deportasiya ediləcək şəxslər arasında həmçinin 3103 tTürkiyə, 3518 Rusiya, 2808 Ermənistan və 1862 Ukrayna vətəndaşının adı keçir.
Türkiyə vətəndaşlarının ABŞ-Meksika sərhədini qanunsuz keçmə halları 2022-ci ildə kəskin şəkildə artıb. Həmin dövrdə News Nation telekanalı bu məsələyə həsr olunan xüsusi süjet hazırlayıb.
Bundan başqa, sosial şəbəkələrdə diqqət çəkən digər məqam 337 nəfərin hazırda mövcud olmayan SSRİ-yə, 845 nəfərin isə Yuqoslaviyaya deportasiya edilmək üçün siyahıya salınmasıdır.
Eyni zamanda, deportasiya ediləcək şəxslərin əksəriyyətinin Latın Amerikası ölkələrinin vətəndaşları olduğu bildirilir.
Siyahıda Honduras, Qvatemala, Meksika və Salvador vətəndaşları üstünlük təşkil edir.
Bundan əlavə, 37 908 çinli və 17 940 hindistanlı miqrant da deportasiya ediləcək şəxslər sırasındadır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !