Tramp ABŞ-ın iki ştatında fövqəladə vəziyyət elan etdi

15:48 | 16.09.2020
Tramp ABŞ-ın iki ştatında fövqəladə vəziyyət elan etdi

Tramp ABŞ-ın iki ştatında fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Donald Tramp iki ştatda fövqəladə vəziyyət elan edib.

Oreqon ştatında davam edən güclü meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

Oreqon ştatında bu günədək 10 nəfər həlak olub, 22 nəfər isə itkin düşmüş hesab edilir. Ümumilikdə yanğınlar ABŞ-ın qərbindəki 10 ştatda 1,8 milyon hektar ərazini əhatə edir. Bundan başqa, ölkənin cənub-şərqindəki Florida ştatında "Salli” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Qeyd olunur ki, qasırğa bu gün ərzində Florida, Missisipi və Luiziana sahillərinə çatacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb