Trampa "Twitter" QADAĞASI

15:26 | 07.11.2016
Trampa

Trampa "Twitter" QADAĞASI

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkiyə qısa müddət qalmış "Twitter” sosial şəbəkəsindəki səhifəsini idarə etməkdən kənarlaşdırılıb.
 
İKT.lent.az-ın "The New York Times” qəzetinə istinadən verdiyi xəbərə görə, bu qərarı respublikaçı namizədin media üzrə müşavirləri qəbul edib.
 
Müşavirlər hesab edir ki, D. Trampın "tvit”ləri çox vaxt aqressiv olur və əks effekt verir. Məsələn, D. Trampın son "tvit”lərindən biri (prezident Obama haqqında) onun mətbuat katibi Houp Hiks tərəfindən redaktəyə məruz qalıb. "Niyə o, yeni iş yerləri yaratmaq və "ObamaCare” proqramını qaydaya salmaq yerinə seçki kampaniyası ilə məşğul olur? Amerika xalqı naminə öz işinizin başına dönün”, - deyə D. Tramp yazıb. Bu "tvit”də "Amerika xalqı naminə” sözləri mətbuat katibi tərəfindən əlavə edilib.
 
Qeyd edək ki, prezident Barak Obama öz partiyadaşı Hillari Klintonun seçki kampaniyasında fəal iştirak edir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb