Trampdan Rusiyaya email çağırışı

12:41 | 28.07.2016
Trampdan Rusiyaya email çağırışı

Trampdan Rusiyaya email çağırışı

Respublikaçılardan prezidentliyə namizəd Donald Trump deyir ki, Rusiya demokratların namizədi Hillary Clinton-un elektron yazışmalarına haker hücumunu davam etdirməlidir.

Clinton rəsmi namizəd elan olunandan bir gün sonra Trump çıxış edib, deyib ki, prezident seçilərsə, ABŞ-ın Rusiyaya sanksiyalarına yenidən baxacaq. Həmin sanksiyalar Rusiyanın Ukraynanın Krım vilayətin ilhaq etməsinə görə qoyulub.

Clinton-un kampaniyası Trump-ın dediklərinə cavab verib. Onu Rusiyanı ABŞ üzərində casusluğa, ABŞ siyasətində müdaxiləyə həvəsləndirməkdə suçlayıb.

"Sizə bunu söyləyəcəyəm: Rusiya, qulaq asın, ümid edirəm, ortada olmayan 30 min emaili də tapa biləcəksiniz”, Trump mətbuat konfransı zamanı jurnalistlərə deyib. "Məncə mətbuatımız sizi buna görə yaxşıca mükafatlandırar. Görək, nə baş verir”.

Trump deyib ki, Rusiya və ya Çinin ABŞ-da siyasi elektron yazışmalara haker hücum etməsində problem görmür. Amma onun vitse-prezidentliyinə namizəd Mike Pence bunu "ciddi” məsələ adlandırıb, deyib ki, Federal Təhqiqatlar Bürosunun (FBI) məsələnin kökünə gedəcəyini düşünür.

Trump-ın dediyi 30 min rəqəmi Clinton-un qapalı serverdən şəxsi hesab edərək sildiyini dediyi yazışmalara aiddir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM