Trampdan yeni – REKORD

19:45 | 20.02.2018
Trampdan yeni – REKORD

Trampdan yeni – REKORD

Donald Trapmp xalq arasında nüfuzla bağlı ABŞ prezidentləri arasında anti-reytinqi təzələyib.

Anews.az xəbər verir ki, bu barədə Boise Universitetinin apardığı araşdırmanın nəticələrində qeyd olunur.

45-ci prezident bu anti-rekorda ABŞ-ın 15-ci lideri, vəzifədən getməsindən sonra 1861-1865-ci illərdə vətəndaş müharibəsinin başladığı Ceymz Byukeneni və 4 mart 1841-ci ildə hakimiyyətə gəlmiş və 30 gündən sonra vəfat etmiş doqquzuncu ABŞ prezidenti Uilyam Henri Harrisonu üstələyib.

Qeyd edək ki, amerikalılar arasında ən yüksək nüfuza malik olan prezidentlər Abraham Linkoln, Corc Vaşinqton və Franklin Delano Ruzvelt hesab olunur. ABŞ-ın sabiq lideri Barak Obama reytinq cədvəlində səkkizinci yerdə qərarlaşıb.

Maraqlıdır ki, 18 dekabr 2017-ci ildə Trampın həyat yoldaşı Melanianın ərindən daha populyar olduğu ortaya çıxıb.

Sentyabr ayında Trampın reytinqi son 71 ildə rekord aşağı səviyyəyə düşüb. İctimai sorğularda respondentlərin 66 faizi prezidentin ölkəyə xeyirdən çox ziyan gətirdiyini hesab edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti