Türk dövlətlərinə ortaq kanal

13:39 | 17.10.2014
Türk dövlətlərinə ortaq kanal

Türk dövlətlərinə ortaq kanal

"Eurasia Life" noyabrda test yayımına başlayır

Türk dövlətlərinin ortaq televiziyası fəaliyyətə başlayacaq. ANS PRESS-in məlumatına görə, Avrasiya Media Birliyinin türk dövlətlərində ortaq yayımlanacaq kanalı "Eurasia Life" 15 noyabrdan test yayımına başlayır. Kanal türk, rus və ingilis dillərində olacaq. 

Avrasiya Media Birliyinin icrakı katibi Halit Ziya Alptekinin sözlərinə görə, "Eurasia Life" birliyin ən böyük layihələrindən biridir. 

Kanal ilk olaraq Ankara və İstanbul studiolarından, sonra isə digər ölkələrin dövlət televiziyalarının studiyalarından yayıma başlayacaq. 

Kanal türk dilinin yayılması ilə yanaşı, eyni mədəni köklərə, ortaq tarixə sahib, ancaq fərqli coğrafiyalarda yaşayanları bir araya gətirəcək. 

Mərkəzi Türkiyədə olan Avrasiya Media Birliği başda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimlali Kipr, Özbəkistan və Türkmənistan olmaqla, Asiya və Avropanın media qurumları arasında informasiya paylaşımı, qarşılıqlı səfərlər, seminarlar, təlim proqramları keçirəcək. Bundan əlavə mediadan daha səmərəli istifadə üçün fəaliyyət göstəriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM