Türk liseyləri ilə bağlı növbəti RƏSMİ AÇIQLAMA

10:24 | 15.07.2014
Türk liseyləri ilə bağlı növbəti RƏSMİ AÇIQLAMA

Türk liseyləri ilə bağlı növbəti RƏSMİ AÇIQLAMA

“Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin orta məktəblərə yerləşdirilməsinə başlanılıb və proses hazırda davam edir”. 
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Qurumdan verilən məlumata görə, valideynlərə Bakı və bölgələrdə məktəb seçmək üçün maksimum şərait yaradılıb, onların tələbatını ödəmək üçün bütün tədbirlər görülüb.
Bəzi valideynlərin məktəblərdəki dərsin keyfiyyətindən şikayət etmələrinə aydınlıq gətirən nazirliyin qurumu, bütün hallarda uşaqların təhsillərini davam etdirməsinin  təmin olunacağını qeyd edib.
Nazirlik ABTK-nin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin digər təhsil müəssisələrinə yerləşdirilməsinə məsələsinə aydınlıq gətirib. Bildirilib ki, müəllimlərin yerləşdirilməsinə hələ başlanılmayıb: “Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində 497 müəllim çalışır. Şagirdlərin yerləşməsindən sonra müəllimlərin yerləşdirilməsi ilə bağlı işlərə başlanılacaq”.
Qeyd edək ki, iyulun 1-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində (Türk liseyləri) təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanılıb. 
Bir müddət əvvəl Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilmişdi.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM