Türk liseylərinin 300 şagirdi məktəblərə yerləşdirildi

14:17 | 23.07.2014
Türk liseylərinin 300 şagirdi məktəblərə yerləşdirildi

Türk liseylərinin 300 şagirdi məktəblərə yerləşdirildi

“Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində (bağlanmış türk liseyləri) təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi şagirdlər tam yerləşdirilənə qədər davam edəcək”. 
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildiriblər. 
Bu vaxta qədər 300 nəfər şagirdin məktəblərə yerləşdirildiyini deyən təhsil idarəsi, ən çox müraciət olunan məktəblər arasında 6 saylı məktəbin və Zərifə Əliyeva adına liseyin adının olduğunu qeyd edib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən isə Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin yerləşdirilməsi barədə yaxın günlərdə məlumat veriləcəyi deyilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM