Türk nazirlərindən həbs olunan övladlarına görə açıqlama

09:55 | 18.12.2013
Türk nazirlərindən həbs olunan övladlarına görə açıqlama

Türk nazirlərindən həbs olunan övladlarına görə açıqlama

Türkiyədə rüşvət qalmaqalında övladlarının adları çəkilən nazirlər açıqlama veriblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haber7" telekanalı məlumat verib.Məlumata əsasən, iqtisadiyyat naziri Zəfər Çağlayan oğlu Salih Kaan Çağlayanın həbsi ilə bağlı açıqlamasında aparılan istintaqın heç bir nəticə verməyəcəyini bildirib.Ölkənin şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktar oğlu Oğuz Bayraktarın həbsinə münasibət bildirərək, hazırda istintaq davam etdiyindən bu barədə bir şey söyləməyin tez olduğunu və hər şeyin istintaqdan sonra bəlli olacağını deyib.Ölkənin daxili işlər naziri Müəmmər Gülər isə oğlu Barış Gülərin həbsi ilə bağlı açıqlama verməkdən imtina edib.Xatırladaq ki, dünən İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı və rüşvətlə bağlı ittihamlar olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti