• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün iş aparırlar”

“Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün iş aparırlar”
17.02.2014 11:08
“Türkiyə tərəfi istər baş nazir, istər dövlət başçısı, istərsə də xarici işlər naziri səviyyəsində dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasına Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. E. Aslanov bildirib ki, Azərbaycan tərəfi bu vədlərə inanır və düşünür ki, bu xətt Türkiyə xarici siyasətinin strateji istiqaməti olaraq davam etdiriləcək: “Biz buna əminik. Çox təəssüf ki, bir sıra dövlətlər tərəfindən bu proses maliyyələşdirilir, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində müəyyən işlər aparılır və aparılmaqdadır. Amma yenə də məsələnin kökünə qayıtsaq, sərhədlərin bağlanma səbəblərini araşdırmağa başlasaq, görərik ki, sərhədlər yalnız və yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər. Bölgədə sülh, əmin-amanlıq, sabitlik Ermənistanın pozucu siyasətindən əl çəkməsindən sonra bərqərar ola bilər. Bu gün çox təəssüf ki, Ermənistan öz qeyri-konstruktiv və irrasional siyasəti ilə bölgədə pozucu amilə çevrilib. Ermənistanın bu siyasəti onun həm iqtisadi blokadada, həm siyasi müstəvidə oyundankənar bir vəziyyətdə qalmasına səbəb olur”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Siyasət 23:45
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Siyasət 21:15
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Siyasət 20:50
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Siyasət 20:30
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
Siyasət 13:41
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Siyasət 12:00
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 11:34
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Siyasət 09:44
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Siyasət 00:02
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol