Antalyada polis mərkəzi həyətindəki bayrağı endirməyə çalışan 19 yaşındakı Cengiz Önkol polis tərəfindən ayağından vurulub.ANN.Az Gün.Az-a istinadən xəbər verir ki, Muratpaşa qəsəbəsindəki Bahçelievlər Polis Mərkəzinə saat 19:50 radələrində gedən Cengiz Önkol bir mövzu ilə bağlı müraciət edəcəyini bildirərək polis mərkəzinin həyətinə girib.Polis mərkəzi qabağında bir müddət müşahidə aparan Önkol qəflətən bayraq dirəyinə dırmanmağa başlayıb.O, Polis mərkəzindəki qapı növbətçisinin xəbərdarlığına əhəmiyyət verməyərək bayrağı endirməyə cəhd edib. Bu zaman isə polis məmuru iki dəfə havaya atəş açıb. Buna baxmayaraq öz işində olan Cengizi polis ayağından vurmaq məcburiyyətində qalıb.Bayrağı endirməyə cəhd edən şəxs polis tərəfindən çağırılan təcili yardımla xəstəxanaya aparılıb. Mövzu ilə bağlı araşdırma aparan polis Önkolun asayişi pozmaqla bağlı cinayət qeydlərinin olduğunu müəyyənləşdirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !