Türkiyə xarici işlər naziri Bakıya gəldi

09:12 | 25.02.2015
Türkiyə xarici işlər naziri Bakıya gəldi

Türkiyə xarici işlər naziri Bakıya gəldi

Türkiyə Respublikasının xarici işlər naziri Bakıya gəlib.

ANS PRESS-in məlumatına görə, 24-26 fevral 2015-ci il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Mevlud Çavuşoğlu Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Görüşdən sonra tərəflərin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Bundan başqa, türkiyəli rəsminin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, baş nazir Artur Rasi-zadə və Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşlər keçirəcəyi gözlənilir.
Türkiyəli nazirin Azərbaycan Diplomatik Akademiyasında mühazirə oxuyacağı da planlaşdırılıb.

Qeyd edək ki, səfər fevralın 26-dək davam edəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM