Türkiyədə həbs olunan gömrük rəisi Azərbaycana veriləcək

09:14 | 04.07.2014
Türkiyədə həbs olunan gömrük rəisi Azərbaycana veriləcək

Türkiyədə həbs olunan gömrük rəisi Azərbaycana veriləcək

Türkiyədə saxlanılan Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Azərbaycana təhvil veriləcək.Azərbaycanın Qarsdakı Baş konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, 2013-cü ilin dekabrında Türkiyədə saxlanılan Mirməhəmməd Seyidovun Azərbaycana təhvil verilməsi üçün sənədlərin hazırlanması tamamlanmaq üzrədir. Qeyd edək ki, Mirməhəmməd Seyidov dekabr ayında Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər saxlanılmışdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM