Türkiyədə məşhur azərbaycanlı tutuldu

15:30 | 17.07.2014
Türkiyədə məşhur azərbaycanlı tutuldu

Türkiyədə məşhur azərbaycanlı tutuldu

Türkiyədə bir çox tanınmış şəxslərin yoqa ustası olan azərbaycanlı Akif Manaf ötən gün evində polis tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, onun barəsində polisə şikayət daxil olub. Aralarında Mehmet Əli Erbil, Okan Karaca kimi bir çox tanınmış müştəriləri də olan Akif Manaf fırıldaqçılıq, şantaj etmə, təhdid etmə və cinsi istismarda təqsirli bilinir.Polisə daxil olan çox sayda şikayətlərdə bildirilir ki, Akif Manaf qurucusu olduğu “Akademy Yoga”nın başqa bölgələrdə də şöbələrinin açılacağını deyib. O, bu şöbələrdə yoqa təlimçisi və məsul şəxs olaraq təyin etməyə söz verdiyi müştərilərindən külli miqdarda pul alıb. Lakin uzun müddət keçməsinə baxmayaraq heç bir şöbə açılmayıb.Akif Manaf haqqında səsləndirilən iddialardan biri isə onun yoqa dərsləri zamanı bəzi müştərilərini hipnoz edərək cinsi istismara məruz qoymasıdır. Polisin Akif Manafın ofisinə baxış keçirib. Akif Manafın kompyüterləri müsadirə olunub. Məlumata görə, Akif Manaf 1958-ci ildə Azərbaycanda doğulub. Moskvada ali təhsil alıb. Fəlsəfə doktoru adı alandan sonra isə Hindistanda profüssor adı qazanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM