Türkiyədə SPİD-li azərbaycanlı tutuldu

13:35 | 24.01.2015
Türkiyədə SPİD-li azərbaycanlı tutuldu

Türkiyədə SPİD-li azərbaycanlı tutuldu

Qadınları fahişəliyə məcbur edənlər arasında da azərbaycanlı olub

Türkiyədə fahişəliklə məşğul olan qadınlar saxlanılıb. ANS PRESS-in məlumatına görə, Vanda keçirilən əməliyyat zamanı fahişəliklə məşğul olan 15 nəfər, onları bu işə məcbur edən 14 nəfər saxlanılıb.

Van polisi əməliyyata iki ay öncədən başlayıb. 7 ünvana eyni zamanda edilən basqın zamanı saxlanılan 15 nəfərdən 8-i Rusiya, biri Gürcüstan, biri isə Azərbaycan vətəndaşları olublar.

Qadınları istismar edənlər arasında da azərbaycanlı olub.

Səhiyyə ocağına aparılan qadınlar yoxlamadan keçirilib. Yoxlama zamanı Azərbaycan vətəndaşı qadının QİÇS virusu daşıdığı ortaya çıxıb. Onun daha öncə Türkiyədən deportasiya edildiyi, lakin qanunsuz yollarla yenidən ölkəyə giriş etdiyi bəlli olub.

Saxlanılanlar ölkədən deportasiya ediləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti