Türkiyədəki arxeoloji tapıntı alimləri şoka saldı VİDEO

16:53 | 25.11.2014
Türkiyədəki arxeoloji tapıntı alimləri şoka saldı VİDEO

Türkiyədəki arxeoloji tapıntı alimləri şoka saldı VİDEO

Türkiyənin İsparta bölgəsinin Yalvaç bölgəsində xristianlığın mərkəzlərindən biri kimi tanınan Pisidia Antiokheia Andıq şəhərində 5 il davam edən arxeoloji qazıntılar zamanı maraqlı nüanslar ortaya çıxıb.

Qazıntı işlərinə rəhbərlik edən Süleyman Dəmirəl Universitetinin (SDÜ) Ədəbiyyat fakültəsinin arxeologiya bölməsinin professoru Məmməd Özhanlı qeyd edib ki, belə bir tapıntıya ilk dəfədir rast gəlirlər. Qazıntı zamanı evlərdən birinin altında isitmə sisteminin mövcud olduğunu görüblər. Qeyd edək ki, evlərin altdan isitmə sistemi müasir dövrün isitmə sistemi kimi tanınır. M.Özhanlı bizim eranın 25-ci ilində inşa olunduğu təxmin edilən evin alt hissəsində hamam olduğunu görüblər. Evlər həmin hamam vasitəsilə altdan isidilirmiş: "Yəni iqamətgahın bütün döşəməsinin sobadan gələn istiliklə isidildiyi ortaya çıxdı. Sobadan çıxan istilik buradakı otaqların döşəməsini qızdırırmış. İqamətgahın içərisində su sistemi, kanalizasiya sistemi də var. Eyni zamanda duşu və bunun yanında saunasının olduğunu da görürük".ANN.Az

2 Bin Yıllık Alttan Isıtmalı Ev Herkesi Şaşırttı haberler

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM