Türkiyədəki yaralı əsgərlərimizdən XƏBƏR VAR - FOTO

11:47 | 18.08.2014
Türkiyədəki yaralı əsgərlərimizdən XƏBƏR VAR - FOTO

Türkiyədəki yaralı əsgərlərimizdən XƏBƏR VAR - FOTO

Türkiyə Azərbaycan Dərnəyinin üzvləri yaralı Azərbaycan əsgərlərini ziyarət edibTürkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu və təşkilatın İdarə Heyətinin üzvləri, o cümlədən Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan Azərbaycan Ermənistan cəbhə xəttində atəşkəsin pozulması nəticəsində yaralanmış və Türkiyədə müalicə olunan Azərbaycan əsgərlərini ziyarət ediblər.Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, təşkilat rəhbərləri Ermənistanın təcavüzü nəticəsində yaralanmış Sərxan Tahirzadə və Elvin Əsgərovun həkimlərindən əsgərlərin vəziyyəti haqqında məlumat alıb, onların ailələrinə mənəvi dəstək olmağa çalışıblar.Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu və təşkilatın İdarə Heyətinin üzvü Sinan Oğan Azərbaycan Ermənistan cəbhə xəttində yaşanan gərginliyi diqqətdə saxladıqlarını, Azərbaycan əsgərləri ilə yaxından maraqlanmaq gərəkdiyini deyiblər. Təşkilat olaraq da onlara hər cür dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıblar.Ziyarət zamanı əsgərlərin ailə üzvləri ilə telefon əlaqəsi yaradan təşkilat rəhbərləri övladlarının Türkiyədə yalnız olmadıqlarını bildiriblər. Əsgərlərlə söhbət zamanı isə bir necə gün öncə Türkiyə Ermənistan sərhəddində, Əlican sərhəd-keçid məntəqəsi yaxınlığında mətbuat üçün açıqlama verməklə Ermənistana xəbərdarlıq etdikərini, Azərbaycana isə dəstək mesajı verdiklərini xatırladıblar.Sonda ziyarətçilər hər zaman Azərbaycan əsgərlərinin yanında olacaqlarını, “sizin kimi əsgərlər varkən Azərbaycan məğlub olmayacaq, sizin kimi qəhrəmanlar sayəsində Qarabağ ən qısa zamanda geri alınacaq” – deyiblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM