Türkiyənin baş naziri futbol oynayıb və xet-trik edib

10:30 | 27.07.2014
Türkiyənin baş naziri futbol oynayıb və xet-trik edib

Türkiyənin baş naziri futbol oynayıb və xet-trik edib

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “İstanbul Başakşehir” klubunun ev oyunlarını keçirəcəyi stadionun açılışı olub.

APA TV-nin məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kürsüyə dəvət etdiyi Türkiyə millisinin baş məşqçisi Fatih Terimə sürpriz qərarını açıqlayıb: stadion onun adını daşıyacaq. Fatih Terim adının stadiona verilməsinin onun üçün gözlənilməz olduğunu bildirib və çıxışında bir neçə dəfə kövrəlib.

 

Stadionun açılışından sonra Türkiyənin məşhurları arasında futbol oyunu keçirilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan və adı bir müddət əvvəl rüşvət qalmaqalında hallanan oğlu Bilal Ərdoğan da qarşılaşmada forma geyinib. Türkiyənin baş naziri oyunda üç qol vurub.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM