Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində

20:11 | 13.01.2014
Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində

Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin konserti keçiriləcəkdir.Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildirmişlər ki, orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə təqdim olunacaq konsert proqramında skripkada Azərbaycanın Əməkdar Artisti Toğrul Qəniyev çıxış edəcəkdir.UNICEF-in Türkiyədə xoşməramlı səfiri olan Bilkənt Simfonik Orkestrinin Bakı konsertində tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunacaqdır.Ölkələr arasında musiqi körpüsü yaratmaq orkestrin təməl prinsiplərindən biridir. Kollektiv bu məqsədlə İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış etmiş, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər vermişdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb