Türkiyənin yeni birinci xanımı - FOTO

10:00 | 22.08.2014
Türkiyənin yeni birinci xanımı - FOTO

Türkiyənin yeni birinci xanımı - FOTO

Türkiyənin yeni birinci xanımı olmağa hazırlaşan Sare Davudoğlu, tibb fakültəsində oxuyarkən Əhməd Davudoğlu ilə tanış olub

Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu yoldaşına da yeni status vermiş olur.ANS PRESS-in məlumatına görə, təyinatdan sonra baş nazirin yoldaşına da yerli mətbuat diqqət cəlb edib.Türkiyə KİV-ə müsahibə verən, 30 illik evlilikləri boyunca ən böyük dəstəkçisi yoldaşı olduğunu söyləyən Sare Xanım "İllərdir İstanbul Bahçelievlerdə, eyni evdə otururuq amma çox az evə gəlir. Uşaqlar da zaman zaman buna gileylənir"- deyir.Hətta kiçik qızı Həcər Bikənin 5 il əvvəl Baş nazir Ərdoğana "Yəqin atam belində silahlı, qulağında qulaqlıq olan adamları daha çox görər. Bunu ona söylədiyimdə heç sevmədiyim bir şey söyləyər. Nə mi? Sənin gələcəyin üçün, deyər və gülər"- bir məktub yazdığını da deyir. Sare Xanım, yoldaşının xüsusilə bulamac və yarma şorbasını çox sevdiyini, pendirli yumurta pişirməyi də çox bəyəndiyini söyləyir.Türkiyə Qəzetindən Ömər Faruk Ünalın xəbərinə görə; Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi olan Sare Davudoğlu hətta Ərdoğanın qızı Esra Albayrakın doğumunu da etdirən həkimdir.Davudoğlu cütünün Səfurə, Memnunə, Həcər Bikə və Məhmət adında dörd uşağı var. Ən böyük qızı Səfurə ilə “Yıldız Holdinq”in qurucusu Səbri Ülkerin 3 nəvəsi var. Əhməd Özokur ilə ortancıl qızı, Məmnunə isə İstanbul Ticarət Palatası sədrinin müavini Dursun Topçunun oğlu Talha Topçu ilə evlidir.Qeyd edək ki, Əhməd Davudoğlu rəsmi Türkiyənin iqtidarda olan Ədalət Partiyasının sədri seçilib. Vəzifəsinə keçdiyi gündən Türkiyədə son üç Baş nazirin xanımları hicablı olmuş olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb