Türklərdən girovlara görə ermənilərə zərbə

10:30 | 24.07.2014
Türklərdən girovlara görə ermənilərə zərbə

Türklərdən girovlara görə ermənilərə zərbə

"Azərbaycan vətəndaşları istədiyi vaxt öz torpaqlarına gedə bilər"Almaniyada yaşayan türklər erməni hərbçilər tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlıların müdafiəsinə qalxıb.ANS PRESS-in məlumatına görə, "Deutsch-Turkisches Journal"da yer alan məqalədə bildirilir ki, Dağlıq Qarabağ rəsmi olaraq Azərbaycan torpaqlarıdırsa, Azərbaycan vətəndaşları istədiyi vaxt ora gedə bilər."Ona görə də, Ermənistan tərəfinin girov götürülən azərbaycanlıların sərhədi pozması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır. Onlar haqqında belə bir ittiham irəli sürülməməlidir", deyə məqalədə bildirilir.Qeyd edək ki, iyunun əvvəllərində erməni hərbçiləri doğma torpaqlarına gedən 3 azərbaycanlını - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovu girov götürmüşdü. Qarşı tərəf Dilqəm və Şahbazın görüntülərini yaysa da, Həsən Həsənovu öldürdüklərini iddia edirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM