"Tural Şəhid olmasıyla məni hamıya tanıtdı..."

08:50 | 25.08.2017

"Tural Şəhid olmasıyla məni hamıya tanıtdı..."

Dünən aprel Şəhidimiz Tural Sabir oğlu Dadaşovun doğum günüdür.  Şəhidimizin 24 yaşı tamam olur. Tural Dadaşov İqtisad Universitetinin məzunudur. Şəhidimizin anası Kəmalə xanım Moderator.az-a açıqlamasında Turalla bağlı bunları deyib:

"Tural 7 yaşına qədər doğum gününü evdə qeyd edirdi. Sonra isə dostları ilə qeyd etməyə başladı. Tural doğum gününü bir ay qeyd edirdi. Sentyabrda isə mənim doğum günüm olduğu üçün onu da qeyd edirdik. Tural mənim ilk övladımdır. Onun həyatıma gəlişi sevincli günüm idi. Şəhid olan günü də mənim çox çətin günüm oldu. Bu gün Turalın doğum günüylə bağlı dostları, tələbə yoldaşları, onu tanıyanlar bizdə oldular. Məzarını ziyarət etdik. Tural Şəhid olmağıyla mənə Şəhid anası adı verdi. Tural məni hamıya tanıtdı. Sizlər də çox sağ olun ki, Turalı yad edirsiniz”. 
 


Allah bütün Şəhidlərimizə rəhmət eləsin!



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb