Turistlərimizə rəsmi XƏBƏRDARLIQ

10:30 | 12.08.2014
Turistlərimizə rəsmi XƏBƏRDARLIQ

Turistlərimizə rəsmi XƏBƏRDARLIQ

Mədəniyyət və Turizm Nazirliyi turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərə və obyekt sahiblərinə xəbərdarlıq edib.

ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, son günlər turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərin sayında artım müşahidə olunur. Nazirlikdən qeyd edilib ki, bəzən burada istirahət edənlərin diqqətsizliyi və səhlənkarlığı nəticəsində bədbəxt hadisələr baş verir. Bu cür xoşagəlməz halların təkrarlanmaması üçün turistlərə müvafiq təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.Bununla yanaşı, yuxarıda qeyd olunan obyektlərinin rəhbərlərinə hovuz və çimərliklərdə istirahət edən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarətin gücləndirilməsini və müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmələri tövsiyə olunur.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM