Türkiyə bankları Rusiyadan ödənişləri yenidən qəbul etməyə başlayıb

14:34 | 09.02.2024
Türkiyə bankları Rusiyadan ödənişləri yenidən qəbul etməyə başlayıb

Türkiyə bankları Rusiyadan ödənişləri yenidən qəbul etməyə başlayıb

Türkiyə bankları yenidən Rusiyadan ödənişləri qəbul etməyə başlayıb. Bu barədə izvestiya nəşri yazıb. 

"Müxtəlif banklar üçün vəziyyət bir qədər fərqlidir. Məsələn, Golden Global ilə hələ də çətinliklər var. Ziraat və VakıfBank ödənişləri daha asan qəbul edir, lakin yenə də yalnız humanitar seqmentlər üçün”, -  Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının (CCİ) Rusiya-Türkiyə İş Şurasının rəhbəri Aleksey Eqarmin nəşrlə söhbətində bildirib.

Bütün əməliyyatlar milli valyutada aparılır.

Yanvarın 1-dən Türkiyə bankları ABŞ-ın ikinci dərəcəli sanksiyalarından ehtiyatlanaraq Rusiya şirkətləri ilə işləməkdən kütləvi şəkildə imtina etməyə başlayıblar. Fevralın 5-də Ankara və Moskva əməliyyat problemlərini həll etmək üçün Rusiya-Türkiyə bankının yaradılmasını müzakirə etməyə başladyıb.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb