Türkiyə Ermənistanın ona uzadılan sülh əlini sıxacağına və Qafqaz regionunun sülh yolunda inamlı addımlarla gələcəyə doğru addımlayacağına ümid edir. Bunu Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi növbəti mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məsul Zeki Aktürk Qafqazda sülhdən danışarkən deyib.
Zeki Aktürk Türkiyənin Azərbaycana bütün sahələrdə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Sentyabrın 13-də Rəsmi Bakı Ermənistana sülh sənədi ilə bağlı yeni şərhlərini göndərdiyini açıqlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan sənədi aldığını təsdiqləyib və sən üzərində işlədiklərini söyləyib.
Bundan əvvəl Rəsmi Bakı və Ermənistan arasında sülh müqaviləsi sənədi üzərində bir necə təkliflər planı hazırlanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev daha əvvəl açıqlamasında vurğulayıb ki, Azərbaycan Ermənistanla sülh sənədinin 70%-ni əldə etmişdi, lakin Ermənistan prosesə müdaxilə etdi və sülhdən yayındı.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Bu dövrdən sonra Azərbaycan və Ermənistan dövlət başçıları, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri getsə də tərəflər bir birini təxribatlar törətməkdə günahlandırır və bu, ekspertlərin fikrincə, sülh müqaviləsinin imzalanmasına əngəl yaradır.
Gülnar
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !