Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yenə artırıb

15:41 | 21.09.2023
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yenə artırıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yenə artırıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 25%-dən 30%-ə qaldırıb. Bu barədə məlumatı Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) verib. 

2023-cü ilin 20 Sentyabrda, FED-in (ABŞ Mərkəzi Bankı) qərarından sonra dollar indeksi yüksəlişdəykən, TCMB qərarından sonra dollar/TL məzənnəsi də hərəkətə keçib. 

Mərkəzi Bankın sədri Hafize Gaye Erkanın sədrliyi ilə toplanan Pul Siyasəti Komitəsi, siyasət faizi olan bir həftəlik repo hərrac faizinin 25%-dən 30%-ə qaldırılmasına qərar verib. 

Gözləntilərə uyğun gələn qərardan sonra dollar/TL qrafikində cüzi sıçrayış müşahidə olunub. Qərardan əvvəl 26,94 TL olan dolların məzənnəsi saat 14:00-a 27,07 TL olub.

Qram qızıl isə 1.668 TL-dən 1.680 TL-yə yüksəlib. 
 
Sentyabrın 20-də Azərbaycan Mərkəzi Bankı da uçot dərəcəsinin sabit saxlayaraq 9% olacağını açıqlayıb.
 
Rabia Hale Seferoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM