Türkiyədə 1 manatlıq alışqanı 2 minə satan azərbancanlılar kimdir? (FOTO

23:01 | 14.07.2021
Türkiyədə 1 manatlıq alışqanı 2 minə satan azərbancanlılar kimdir? (FOTO

Türkiyədə 1 manatlıq alışqanı 2 minə satan azərbancanlılar kimdir? (FOTO

Türkiyənin İstanbul şəhərində polis özlərini Azərbaycan vətəndaşı kimi təqdim edən şəxsləri saxlayıb. 


Qaynarinfo xəbər verir ki, sözügedən şəxslər müxtəlif vətəndaşlara dəyəri 1.3 manata hesablanan alışqanı "qızıl alışqan" adı ilə 2176 manata (11 min lirə) satıblar. Şübhəlilərin eyni cinayətə görə, cinayət təqibi olduğu ortaya çıxıb. 


İddialara görə, dələduzlar adı açıqlanmayan bir şəxsə yaxınlaşaraq özlərini Azərbaycan vətəndaşı kimi təqdim ediblər. Onlar həmin vətəndaşa guya "qızıl"dan hazırlanmış alışqanı 11 min liraya satıblar. 


Adı açıqlanmayan şikayətçi alışqanı zərgərdə yoxlatdırdıqdan sonra dələduzluğun qurbanı olduğunu anlayıb və bu barədə polisə məlumat verib. 


Polisin dərhal şəhərin Qaziosmanpaşa və Sultanqazi bölgələrində keçirdiyi əməliyyatda S.A. və M.Ş.C. saxlanılıb.


Onların üzərində qızıl rəngində olan 28 alışqan, saxtakarlıqla əldə etdikləri 600 min lirə, ov tüfəngi və bu silaha aid 8 patron ələ keçirilib. 


Polis onların ifadəsin aldıqdan sonra məhkəməyə aparıb. Məhkəmə isə "məhkəmə nəzarəti" müddəalarına riayət edilmə maddəsi ilə S.A. və M.Ş.C.-nı  sərbəst buraxıb.


Hüquq-mühafizə orqanları isə dələduzların kimlikləri barədə də ictimaiyyətə məlumat verməyib.
 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti