Türkiyədə 5 hərbçi şəhid oldu

15:30 | 24.08.2016
Türkiyədə 5 hərbçi şəhid oldu

Türkiyədə 5 hərbçi şəhid oldu

Türkiyənin Diyarbakır və Bingöl əyalətlərində terrorçu PKK silahlıları ilə döyüşdə 5 hərbçi şəhid olub.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Diyarbakırın Lice rayonunda keçirilən antiterror əməliyyatı zamanı terrorçular təhlükəsizlik qüvvələrinə raket və uzunçaplı silahlarla hücum ediblər. 

Məlumata görə, hərbçilərlə terrorçular arasında gedən döyüş nəticəsində Lice rayonunda Türkiyə ordusunun 4 əsgəri şəhid olub.

Bingöl əyalətinin Karlıova rayonunun Cehennem meşəsində PKK silahlılarının zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat zamanı terrorçuların əldəqayırma qumbaranı partlatması nəticəsində bir çavuş şəhid olub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb