Türkiyədə dəhşətli yanğın: Ölənlər var - VİDEO

20:38 | 06.06.2019
Türkiyədə dəhşətli yanğın: Ölənlər var - VİDEO

Türkiyədə dəhşətli yanğın: Ölənlər var - VİDEO

Bu gün günorta saatlarında Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabrikində yanğın baş verib.
Hadisə yerinə gələn xilasetmə briqadaları 5 nəfərin meyitini çıxarıblar, 5 nəfər xəstəxanaya yerləşdirilib.
Ümumilikdə hadisə baş verən zaman içəridə 30 işçinin olduğu bildirilir. Onlardan bir neçəsi yanan binadan çıxa bilib.
Yanğın 4 mərtəbəli fabrik binasının anbarında başlayıb. 5 saata qədər davam edən əməliyyatdan sonra yanğın söndürülüb. Araşdırma aparılır.(oxu.az)
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM