Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

12:49 | 16.03.2023
Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Türkiyənin Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb. Bu barədə "TRT haber" məlumat yayıb.
 
Bildirilir ki, ölənlərin sayı 15-ə çatıb. İtkin düşən beş nəfərin axtarışları davam edir.
 
 ***** 
 
Türkiyənin Şanlıurfa və Adıyaman bölgələrində baş verən sel nəticəsində 5 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb. Bu barədə Türkiyə mediasında məlumat yayılıb.
 
Şanlıurfa rəsmisi Saleh Ayhan 4 vətəndaşın vəfat etdiyini bildirib.

Güclü leysan səbəbindən bir çox küçə və prospektləri su basıb.

"Xilas gözləyən vətəndaşlarımız var, onları da xilas edəcəyik. Hazırda vəziyyət nəzarət altında olsa da, yağışlar davam edir. Məlumatlar gəlir. Ətraf əyalətlərdən də dəstək var”,- əyalət rəsmisi bildirib.
 
Bundan əlavə, böyük dağıntılar əmələ gəlib. Hazırda fəsadların aradan qaldırılması işləri aparılır.
 
Sel nəticəsində turizm bölgələrindən olan şəhərcikdə sel sularının altında qalıb.

 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb