Türkiyəli səfir: "Bütün dünya terrora qarşı birgə hərəkət etməlidir"

20:24 | 12.07.2017
Türkiyəli səfir:

Türkiyəli səfir: "Bütün dünya terrora qarşı birgə hərəkət etməlidir"

"FETO təşkilatı təkcə Türkiyə üçün deyil, bütün dünya üçün təhdiddir".

anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "TRT World Research Centre" ilə "Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi" (QAFSAM) tərəfindən birgə "15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə" mövzusunda təşkil etdiyi dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, bütün dünya terrora qarşı birgə hərəkət etməlidir.

15 iyulun unudulmayacaq tarixlərdən biri olduğunu deyən səfir qeyd edib ki, bu tarixi əsla unutmamalıyıq: "Həmin tarixdə Türkiyə Cumhuriyyətinə qarşı xainlik edildi. Türk millətinin hər bir fərdi 15 iyulda ölkə prezidentinin çağırışı ilə küçələrə çıxıb, canlarını xaninlərin silahlarına sipər etdi. O gecə 250 nəfər şəhid oldu. Onları əbədi anacağıq".

Səfir bu hadisələrə görə, göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qeyd edib ki, bir il əvvəl qardaş Türkiyədə baş verən dövlət çevirilişi cəhdi yalnız Türkiyə xalqının deyil, Azərbaycan xalqında da çox böyük təşviş yaratdı: "Bizim hər birimiz o gecəni həyəcanla keçirdik. Parlament həmin vaxt bununla bağlı bəyanatla çıxış etdi".

Türkiyə Böyük Millət Məclisinin üzvü Necdet Ünüvar deyib ki, Azərbaycan bu hadisə ilə daim maraqlandı: "Türkiyə ilə Azərbaycan arasında yalnız 1 illik deyil, əsrlər əvvəl başlamış bir dostluq var. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM