Seneqalın Dakar limanından ammonium fosfat gübrəsi daşıyan Türkiyəyə məxsus "M/V MUSTAFA KAN” gəmisi Aralıq dənizində batıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Xorvatiyanın Sibenik limanına gedən sözügedən gəmi İtaliyanın Siciliya adasındakı Siracusa şəhərinin 24 mil yaxınlığında qəzaya uğrayıb.
Tamamilə batan gəminin göyərtəsində olan 16 nəfər Türkiyə vətəndaşı İtaliyanın Sahil Təhlükəsizlik Xidmətinə məxsus "CP325” xilasedici gəmisi vasitəsilə xilas edilib. Gəminin göyərtəsində olan şəxslər müayinə olunaraq, Siracusa şəhərinə götürülüb.
Qeyd edək ki, 2009-vu ildə Türkiyənin Qara dəniz Ereğli Mədənçi Tərsanəsində hazırlanan 136 metr uzunluğunda və 19 metr enliyində olan, 9 min 250 ton yük daşıma qabiliyyətinə malik gəmi beynəlxalq sularda Panama bayrağı altında üzürdü.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !