Tutulan müəllimə Elşad Abdullayevin dekanı olub - YENİLƏNİB

12:27 | 29.11.2013
Tutulan müəllimə Elşad Abdullayevin dekanı olub - YENİLƏNİB

Tutulan müəllimə Elşad Abdullayevin dekanı olub - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib.Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Afaq Rafiq qızı İbrahimova tutularaq istintaqa təhvil verilib. 

Polisdən həmçinin bildirilib ki, A. İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən A.İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olub-olmadığı məlum deyil.

10:28

***

Bu gün dələduzluq ittihamı ilə həbs edilən Azərbaycan Beynəlxalq Universitetinin müəllimi olmuş Afaq İbrahimova haqqında daha ətraflı məlumat yayılıb.   

“Axar.az”a daxil olan məlumatda bildirilir ki, A.İbrahimova ABU-nun Aqronomiya fakültəsinin dekanı işləyib. Dekan vəzifəsinə adi şəxsin seçilmədiyini diqqətə çatdıran qaynağın sözlərinə görə, bu fakt A.İbrahimovanın Elşad Abdullayevin yaxın adamı olmasını təsdiqləyir.   

A.İbrahimova vaxtilə ABU-ya “testdənkənar qəbul” əməliyyatlarında da iştirak edib. Mənbənin məlumatına görə, hazırda bir neçə şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən A.İbrahimovanın ABU maxinasiyalarında iştirak səviyyəsi də araşdırılacaq: “Dekan olduğu müddətdə ABU-dakı rüşvət mexanizmində yer alan bir şəxs kimi A.İbrahimova həddən artıq informasiyaya malikdir. İstintaqın gedişində onun cinayət işinin Elşad Abdullayevin cinayət işinə birləşdiriləcəyi gözləniləndir”, - deyə mənbə qeyd edir.   

Qaynağın sözlərinə görə, A.İbrahimova gecə yarıdan sonra, təxminən 01:00-da həbs olunub: “Çoxsaylı şikayət, dələduzluq maddəsi A.İbrahimovanın gecə yarı, qəflətən həbsi üçün kifayət deyil. Həbsin gecə yarı aparılmasının səbəbi A.İbrahimovanın ABU maxinasiyalarında iştirakını təsdiqləyən sənədləri əldə etməkdir”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM