TV-lərimiz hələ hazırlaşır – çal-çağır bir azdan dayanacaq

15:13 | 01.08.2014
TV-lərimiz hələ hazırlaşır – çal-çağır bir azdan dayanacaq

TV-lərimiz hələ hazırlaşır – çal-çağır bir azdan dayanacaq

“İctimai televiziya 11 əsgərimizin şəhid olmasıyla bağlı öz proqramlarında dəyişiklik eləməyə başlayıb”.
 
Bu sözləri Axar.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli deyib.
 
O, bütün KİV-lərin qısa müddətdə Azərbaycan şəhidləri ilə əlaqədar aksiyaya qoşulmalı olduğunu bildirib:
 
“Televiziyalarda bu dəqiqə vəziyyət pisdir. Hazırda lazım olmayan verilişlər yayımlanır. Bu, yolverilməzdir. Qarabağda 11 əsgərimizin şəhid olması əsas prioritetimizə çevrilməlidir. Azərbaycan televiziyaları üçün bundan sonrakı bir neçə gün əsas mövzu yalnız Qarabağ olmalıdır. Buna, ümumiyyətlə, bütün kütləvi informasiya vasitələri qoşulmalıdır.  Biz bu həyəcan təbilini media sistemi olaraq bütün xalqa çatdırmalıyıq. Ən yeni informasiya vasitəsindən tutmuş ənənəvi informasiya vasitələrinə qədər hər kəs bununla məşğul olmalıdır. İctimai televiziya da öz proqramlarında dəyişiklik eləməyə başlayıb. Yaxın iki-üç saat ərzində bu özünü göstərəcək”.
 
Azad Azərbaycan Televiziyasının (ATV) Xəbərlər Departamentinin özünü təqdim etməyən əməkdaşı isə belə bir gündə efiri başına almış konsert və şou proqramları ilə bağlı məlumat vermək istəməsə də, əsgər ölümləri ilə bağlı xəbərlərin hazırlandığını dedi və əlavə etdi ki, həmin xəbərlər saat 2-də efirə veriləcək.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM