Twitter dəyişir

22:17 | 21.07.2014
Twitter dəyişir

Twitter dəyişir

Şirkət son yenilikləri ilə WhatsApp-la yarışacaq

Twitter iOS və Android tətbiqlərində köklü bir dəyişikliyə hazırlaşır. 

ANS PRESS-in məlumatına görə, dəyişikliklərə əsasən mesaj xidməti mobil tətbiqlərdə bütün xüsusiyyətləriylə istifadə edilə biləcək. 

 

Hazırda mobil telefonlarda məhdud imkanlarla mesajlaşmağa imkan verən Twitter istifadəçilərinə yenilikləri barədə elan edib. Şirkətin rəsmi hesabından edilən şərhdə, bir neçə həftə içində SMS xüsusiyyətinin daha tutarlı hala gətiriləcəyi ifadə edilib. 

 

Gələcək yeniləmə ilə birlikdə mobil tətbiqdə və veb interfeysdə mesajlar eyni vaxtlı olaraq silinəbiləcək. Eyni zamanda bu dəyişikliklər nəticəsində mobil telefonlarda Twitter mesajlarının arxivini tam görmək mümkün olacaq. 

Şirkət bu yeniliklə WhatsApp kimi tətbiqlərlə yarışacağı siqnalını verir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM