“Twitter” Türkiyədə yenə bağlandı

09:38 | 20.05.2014
“Twitter” Türkiyədə yenə bağlandı

“Twitter” Türkiyədə yenə bağlandı

Ötən gün gecə saatlarında Türkiyə daxilində “Twitter”ə giriş mümkün olmayıb.ANS PRESS-in məlumatına görə, Türkiyədə bələdiyyə seçkisi ərəfəsində girişinə qadağa qoyulan və sonra Konstitusiya məhkəməsi tərəfindən yenidən açılan “Twitter” mikro-bloquna ötən gün gecə saatlarında giriş dayandırılıb. Mikro-bloqa daxil ola bilməyən sosial şəbəkə istifadəçiləri hansı səbəblə bağlandığını bilmək üçün etirazlar etməyə başlayıb. "Twitter"ə mobil telefonlarla daxil olmaq mümkün olsa da, kompüterlərdən girərkən problem yaşanıb. Bəzi istifadəçilər dünyanın bir çox yerində giriş probleminin olduğunu bildiriblər. Təxminən bir saat davam edən bu qadağa sonradan aradan qaldırıldı və hazırda istifadəçilər rahatlıqla öz səhifələrinə girə bilirlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb