Tıxacda qalanda nə edirsiz? - SORĞU

14:52 | 17.09.2014
Tıxacda qalanda nə edirsiz? - SORĞU

Tıxacda qalanda nə edirsiz? - SORĞU

Yeni dərs ilinin başlanması ilə Bakının ənənəvi tıxac problemi daha da ciddiləşib. Şəhər ətraflarından mərkəzə universitetə, işə tələsən sakinlər bəzən saatlarla vaxtını tıxaclarda keçirməli olur. 

ANN.Az vətəndaşlar arasında sorğu keçirib. Vətəndaşlara belə bir sualla müraciət etdik. Tixacda qalanda nə edirsiz? 

Seymur Bağırlı: “Adətən tıxaclarda vaxtımı daha yaxşı dəyərləndirməyə çalışıram. Sosial şəbəkələr, internet portalları işimə yarayır. Bəzən yorğun olanda oyun oynayıram”.

Elyanar Hümbətov: “Əsasən metrodan istifadə edirəm. Ona görə tıxacda saatlarla qalmaq mənə yaddır. Belə olan zamanlarda vaxtımı əsasən internet saytlarda keçirirəm. İzləyə bilmədiyim xəbərləri oxuyuram”.

Nərmin Şamilbəyli: “Tıxac problemlərindən ən çox əziyyət çəkən vətəndaşlardan biri mənəm. Çünki şəhərə uzaq məsafədən gəlirəm. Yollarda həm vaxtımı, həm də enerjimi itirirəm. Üstəlik bizim avtobuslarda soyutma sistemi yoxdur. Ona görə də yayda istidən əziyyət çəkməli oluruq. 

Tıxacda son zamanlar vaxtımı keçirməyə yeni üsul tapmışam. Əvvəllər çox gərginlik keçirirdim. İndi vaxt azlığından əlaqə saxlaya bilmədiyim dostlarıma, tanışlarıma zəng vururam, hal-əhval tuturam”.

Tural Əhmədli: “Mən də əksər Azərbaycan vətəndaşı kimi günümün bir neçə saatını tıxacda keçirirəm. Artıq öyrəşmişəm. Vaxtımı daha yaxşı dəyərləndirməyə çalışıram. Çantamda hər zaman oxumaq istədiyim kitab olur. Onu oxuyuram”.

Nərmin İsgəndərova: “Mən adətən musiqiyə qulaq asıram. Beləcə vaxtım ötür”.

Mehman 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb