Uçot dərəcəsinin salınması pul bazarını aktivləşdirib

11:33 | 01.05.2024
Uçot dərəcəsinin salınması pul bazarını aktivləşdirib

Uçot dərəcəsinin salınması pul bazarını aktivləşdirib

Mərkəzi Bank uçot dərəcəsini 7,5%-dən 7,25 %-ə salıb ki, bu da sahibkarların pul bazarında aktivləşməyə səbəb olub. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. 

O həmçinin söyləyib ki, Mərkəzi bank bunun faiz dərəcələrinə də təsir etməsini hədəfləyir. 

" Təəssüf ki, faiz dərəcələrinə uçot dərəcəsinin salınmasını hiss etmirik. Çünki bu həm də ölkə iqtisadiyyatından və fiskal siyasətdən də asılıdır. Amma pul siyasətimiz inflyasiyaya müsbət təsir edir”, - Kazımov bildirib. 

Azərbaycan Mərkəzi Bankı inflyasiyanı 2024-cü il üçün 3,5 % həcmində proqnozlaşdırır. 

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti