Ukraynanın şərqində, Azov dənizinin sahilində yerləşən strateji əhəmiyyətli liman şəhəri Mariupol separatçılarln hücumuna hazırlaşır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi şəhərdən hazırladığı reportajında bildirir.
Hazırda Mariupolun küçələrində hərbi avtomobillər gedir, sakinlər evlərinin pəncərəsini mümkün artelleriya atəşinə qarşı möhkəmləndirirlər. Yayayış binalarında yaxınlıqdakı bomba sığınacaqlarının yerini göstərən istiqamət nişanları asılıb.
Yerli sakinlər qorxur ki, Rusiya prezidenti Vladimir Putin II dünya müharibəsində qələbənin əldə edilməsi münasibətilə keçirilən mərasimlərə qatılan xarici ölkə liderlərini yola salandan sonra separatçılar üçün Mariupola hücum fürsəti yaranıb.
"İndi hamı ancaq bu barədə danışır. Donetskdə qalan yaxınlarım mənə deyir ki, hücum hazırlanır” - deyə ötən il Donetskdən qaçqın düşmüş İrina adlı qadın bildirir.
Mariupol separatçıların mövqeyindən və Rusiyanın ötən il ilhaq etdiyi Krımdan cəmi 25 kilometr məsafədədir. Yerli sakinlər qorxur ki. Separatçılar şəhəri işğal edərək Krıma quru dəhlizi açmağa hazırlaşırlar.
Şəhər ətrafında tez-tez partlayış səsləri eşidilir, qonşu Şirokino kəndində mövqe döyüşləri gedir. Şəhərdə Ukrayna hərbçilərinin sayı artıb, onlar Mariupolun giriş yollarına nəhəng beton plitələrdən ibarət barrikadalar qururlar. Şəhərə daxil olanlar dəfələrlə yoxlanılır.
Ötən həftə ABŞ-ın keçmiş müdafiə naziri Eşton Karter konqresmenlər qarşısında çıxış edərək separatçıların yeni hücuma hazırlaşdıqlarını bildirib. Beynəlxalq müşahidəçilər aprelin sonlarından başlayaraq separatçıların Şirokino istiqamətində əlavə qüvvələr və tanklar cəmləşdirdiyini qeydə alıblar. Onlar xəbərdarlıq ediblər ki, Mariupola hücum fəlakətli nəticələrə səbəb olacaq və diplomatların böhrana son qoymaq cəhdlərini heçə endirəcək.
Mariupolda bir neçə min Ukrayna hərbçisi var, şəhərin müdafiəsi durmadan möhkəmləndirilir.
Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko deyir ki, onlar gec-tez Mariupolu ələ keçirəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !