Ukraynada iki azərbaycanlı biznesmen yoxa çıxdı

15:29 | 02.08.2014
Ukraynada iki azərbaycanlı biznesmen yoxa çıxdı

Ukraynada iki azərbaycanlı biznesmen yoxa çıxdı

Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində Azərbaycan diasporunun iki üzvü, iş adamları - 1964-cü il təvəllüdlü Cahangir Əliyev və 1974-cü il təvəllüdlü İkram Ədilov itkin düşüblər.İtkin düşən İ.Ədilovun qardaşı Rasim Ədilov APA-ya bildirib ki, hər iki şəxs iyulun 30-u biznesləri ilə əlaqədar Rusiya ilə sərhəd Krasnodon şəhərinə gedib: “Eşitdik ki, həmin gün Krasnodon şəhəri separatçılar tərəfindən bombalanıb. Dərhal onlarla əlaqə saxladıq, lakin heç birinə zəng çatmadı. O gündən bəri hər ikisinin telefonu bağlıdır”.Qeyd edək ki, Ukrayna vətəndaşları olan C.Əliyev Azərbaycanın Astara, İ.Ədilov isə Tərtər rayonundandır.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM