• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Ukraynada miqrantların millətçilərə qarşı etiraz aksiyası

Ukraynada miqrantların millətçilərə qarşı etiraz aksiyası
27.11.2013 18:34
Bu gün Ukraynanın Odessa şəhərində miqrant gənclərin və qeyri-ukraynalı sakinlərin millətçilərə qarşı etiraz aksiyası keçirilir.Bunu APA-ya açıqlamasında Odessa Milli Rabitə Akademiyasının beynəlxalq tələbə mübadilə şöbəsinin əməkdaşı Həsən Əliyev bildirib. O qeyd edib ki, aksiya iştirakçısı olan gəlmələr əsasən Orta Asiya xalqlarını, azərbaycanlıları, ərəbləri, türkləri və digərlərini təmsil edir: “Aksiyaya səbəb son vaxtlar Moskvada qeyri-ruslara qarşı baş verən təzyiqlər, Xarkov, Odessa və digər Ukrayna şəhərlərində gəlmələrə qarşı artan kriminal hadisələrdir. Aksiya iştirakçıları da buna öz etirazlarını bildirirlər”. H.Əliyev bildirib ki, onun özünün də bitirdiyi və hazırda çalışdığı Odessa Milli Rabitə Akademiyasının azərbaycanlı tələbələrinə aksiyaya qoşulmamaq xəbərdarlığı olunub. H.Əliyev kimlər tərəfindən xəbərdarlıq almaları barədə danışmaq istəməyib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İspaniyada fövqəladə vəziyyət elan edilib - Yenilənib
Dünya 23:23
İspaniyada fövqəladə vəziyyət elan edilib - Yenilənib
İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib
Dünya 22:30
İsrail HƏMAS-ın 5 illik atəşkəs təklifini rədd edib
Kavelaşvili İrəvana səfər edib
Dünya 20:16
Kavelaşvili İrəvana səfər edib
Pakistan Hindistana xəbərdarlıq edib
Dünya 20:15
Pakistan Hindistana xəbərdarlıq edib
Avropanın 4 ölkəsi işıqsız qalıb
Dünya 16:11
Avropanın 4 ölkəsi işıqsız qalıb
Mayın 7-də yeni Papa seçiləcək
Dünya 15:38
Mayın 7-də yeni Papa seçiləcək
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Dünya 14:22
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Dünya 13:23
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Dünya 10:32
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol