Ukraynada müharibə : Qorxurdum ki, hamımızı güllələyəcəklər - VİDEO

18:43 | 08.04.2022
Ukraynada müharibə : Qorxurdum ki, hamımızı güllələyəcəklər -  VİDEO

Ukraynada müharibə : Qorxurdum ki, hamımızı güllələyəcəklər - VİDEO

BBC Rusiya silahlı qüvvələrinin  Ukrayna mülki əhalisini mühasirəyə alması və onlardan canlı sipər kimi istifadə etməsinə dair açıq sübutlar əldə edib.
 
Obuxoviç kəndində edilən çoxsaylı müsahibələrdə kənd sakinləri bildiriblər ki, Rusiya hərbçiləri  onları evlərindən silah gücünə çıxararaq məktəb binasına toplayıb və bununla Ukrayna silahlı qüvvələrinin hücumunun qarşısını almağa cəhd ediblər. Yerli əhali həmçinin bildirib ki, Rusiya hərbçiləri yerli əhaliyə güllə atıb və onları qonşuluqda yerləşən İvankov şəhərində əsirlikdə saxlayıblar. 

Martın 14-ə keçən gecə Rusiya əsgərləri Obuxoviç kəndində canlı qüvvə və zirehli texnika itirərək atəşə tutulub . Ukrayna hərbçiləri ərazini geri qaytarmağa cəhd edirdilər. Qaranlıq düşən zaman evlərinin zirzəmilərində gizlənən yerli əhali manevr edən zireli texnikanın səsini eşidib. 

Bu kəndin əhalisi Rusiya Ukrayna ərazisinə daxil olduğu ilk vaxtdan rus hərbçilərinin işğalı altına düşüb. Obuxoviç kəndi Kiyevdən 100 kilometr aralı, Belarus yaxınlığında , Rusiya hərbçilərin hərəkət etdiyi əsas istiqamətdə yerləşir.  

Obuxoviç kəndində baş verənlərə dair birinci şəxslərin dilindən ətraflı məlumat öyrənmək üçün BBC müxbirinin video reportajını izləməyi tövsiyyə edirik. 

 


Hazırladı: Səkinəxanım Məmmədova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM