Ukraynanın Azərbaycandakı səfirinin ANN.Az-a MÜSAHİBƏSİ

15:57 | 18.03.2014

Kamal Əli

Krımda Ukraynanı parçalamaq məqsədi güdən tamamilə qanunsuz siyasi aksiyanın keçirildiyi gün, bu ölkənin səfiri Aleksandr Mişenko ANN.Az-ın suallarını cavablandırır.

- Ukraynada separatizm hansı hadisədən sonra başlandı? Bəlkə, rus dili Ukraynada əvvəlki statusunu itirərkən, dövlət dili haqqında qanunun qəbulundan sonra?

-  Rus dili haqqında qanunun ləğvi – bu, separatizmin başlanması üçün yalnız formal səbəbdir. Həm də ki bu qanun Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən A.Turçinov tərəfindən imzalanmamışdı və buna görə də vəziyyətin pisləşməsinə real təsirə malik deyildi. Etiraf etmək lazımdır ki, Avromaydan fəallarının arasında qərarlı adamlar vardı, onlar belə hesab edirdilər ki, əgər rus dilinin statusu aşağı salınsa, ukraynalılar dərhal ukraynadilli olacaq. Bu, əlbəttə belə deyil, Ukrayna dövlət dilinə yiyələnmək hər bir dövlət qulluqçusunun vəzifəsi olmalıdır. Həmçinin məişət ünsiyyətində insanlara hansı dildə danışmaq rahatdırsa, o dildə də danışmaqlarına şərait yaratmaq lazımdır. Məncə, siz razılaşarsınız ki, ölkənin baş nazirinin öz təmsil etdiyi dövlətin dilini bilməməsi istənilən dövlət üçün anormaldır, Yanukoviçin prezidentliyi dövründə məhz belə olmuşdur.

Ukraynada separatizmə gəlincə, bu, Yanukoviç və onun ətrafı tərəfindən təhrik edilmişdi, çünki onlar istənilən obrazla hakimiyyətdə olmalarını təmin etmək istəyirdilər. 2004-2005-ci illəri xatırlayaq: Yanukoviçin partiyası uduzarkən, dərhal separatizm haqqında danışıqlar başlanırdı. İndi də, elə o zaman da məhz Yanukoviç və onun tərəfdarları separatizm mövzusunu qaldırdılar. Biz hamımız Yanukoviçin Rusiya rəhbərliyinə biabırçı müraciətinin şahidi olduq, , Ukrayna xalqının etirazlarının yatırılması üçün Rusiya Silahlı Qüvvələrinin cəlb edilməsini xahiş edirdi, Ukrayna xalqı isə Yanukoviçin xəyanətindən sonra ölkə parlamenti vasitəsilə öz gələcək taleyini müəyyənləşdirdi. Eks-prezident V.Yanukovin xəyali "radikallar və neofaşistlər" kəlmələri, Ukraynaya qarşı təcavüzə bəraət qazandırmaq üçün Moskva ideoloqları tərəfindən formalaşdırılmış ictimai şüurun manipulyasiya edilməsi üsuludur.

- Vəziyyətin yalnız Krımla yekunlaşmadığı və Ukraynanın başqa regionlarına da yayılması barədə deyilənləri necə şərh edərdiniz?

- Bu kontekstdə demək istəyirəm ki, biz də həmçinin, Ukraynanın cənub-şərq regionlarında, ələxsus da Donetskdə, Luqanskda və Xarkovda vəziyyətin gərginləşməsi üçün Rusiyanın neqativ təsirlərinin şahidiyik, bu məqsədlə Rusiyadan bir neçə min xüsusi olaraq hazırlanmış nümayəndə bu regionlara göndərilmişdir. Həmçinin, Rusiya Xüsusi Xidmət Orqanlarının nümayəndələri də göndərilmişdir, onlar "Ukraynanın şərqi rus dilli əhalisi" adından etirazlar təşkil etmək və Kiyevin "Ukraynanın bu regionlarında yaşayan əhalinin və milli azlıqların hüquqlarının tapdalanmasında" siyasətinə etiraz etmək. Buna görə də, ümid edirəm ki, "xüsusi kontingent" belə quduzcasına yerli region administrasiyalarında Rusiya bayraqlarını asması aydındır, çünki Ukrayna xalqının cavab hərəkətlərini provokasiya etmək və onları anti-rusiya və radikal-ekstremistlər olaraq təqdim etmək istəyirdilər. Həmçinin belə hadisələr Krım hərbi hissələri və dövlət idarələrində də baş verir. Burada strategiya daha uzun müddət üçün nəzərdə tutulmuşdur, onlar Ukrayna hərbiçilərini silahlı qarşıdurmaya təhrik etmək istəyirlər, bununla da rus əsgərlər arasında qurbanlar olacaq, bu da suveren Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrinin bölmələrinin leqallaşmasına xidmət edəcək.

- Sizin fikirinizcə, bu vəziyyət Ukraynada yaşayan azərbaycanlılara təsir edə bilərmi?

- Ukraynada həmişə rus dilində danışan böyük yarım milyonluq Azərbaycan diasporası yaşayırdı. Krımda çoxlu azərbaycanlı yaşayırdı və heç vaxt biz milli azlıqların hüquqlarının sıxışdırması haqqında informasiya almırdıq. Amma məhz indi, Rusiya hərbiçiləri rusdillilərin hüquqlarının müdafiəsi adı altında Krımı işğal etdiyi bir zaman, biz ilk dəfə mətbuatda eşitdik ki, Krımda Azərbaycan diasporunun nümayəndələri Rusiya tərəfindən Ukraynanın bu işğal edilmiş regionunda öz sonrakı yaşamları haqqında ciddi olaraq fikirləşirlər. Əgər Rusiya insan hüquqlarının sıxışdırılması məsələsində haqlıdırlarsa, onda azərbaycanlılar, məntiqlə Krıma Rusiyanın gəlişinə sevinməlidirlərmi? Amma, həqiqətdə, hər şey tamamilə əksinə olur.

Məni təəccübləndirən odur ki, Rusiya jurnalistlərinin peşəkar qüruru haradadır? Niyə onlar, hüquq sektorunda o qədər də yaxşı olmayan birisini - Aleksandr Muzıçkonu ukraynalıların tipik nümunəsi, hakimiyyətin nümayəndəsi kimi təqdim edirlər və demirlər ki, həmin bu Muzıçkonun davranışını Ukrayna cəmiyyəti çoxdan qınayıb və mən düşünürəm ki, bundan sonra da Ukrayna hüquq-mühafizə orqanları tərəfindən belə hallara qarşı tədbirlər görüləcək.

-  Biz Meydan hadisələrini böyük diqqətlə izləyirdik, silahsız insanların qətlini görürdük. Bu hadisələr Yanukoviçin müxalifətlə və qərb dövlətlərinin üç xarici işlər naziriylə gecə görüşündən sonra qurtardı. Elə görünürdü ki, hər şey yaxşıya doğru gedir, daha güllə-boran olmayacaq və Ukrayna sülh yoluna çıxacaq, amma belə olmadı. Niyə?

- Bu gün, üstündən vaxt keçəndən sonra və KİV-də informasiyanın yayılmasından sonra inamla demək olar ki, Yanukoviç 21 fevral razılaşmasını imzalayarkən, özü bu razılaşmaya əməl etməyi planlaşdırmırdı. Birincisi, güc strukturları, meydanda qarşıdurmaya cəlb edilmiş xalq etirazının yatırılması üzrə əməliyyatın dayandırılması haqqında prezidentdən dəqiq əmr almadılar. Bundan başqa, xüsusi bölmələr "Berkut" əsgərləriylə qarşı-qarşıya qoymaq məqsədiylə, bizim şahidi olduğumuz fitnəkar hərəkətlər edirdilər.

Bundan başqa, bu gün geniş ictimaiyyət üçün məlum oldu ki, V.Yanukoviç "Mejiqore" iqamətgahında video kameraya düşən materialları sübut edir ki, artıq 19 fevraldan o vaxta hələ Ukrayna prezidenti olan Yanukoviç "çox ağır zəhmət hesabına əldə etdiyi əmlakınının" naməlum istiqamətdə kütləvi təxliyyəsini təmin etdi, yəni Ukraynadan onun qaçışının təşkili üzrə məqsədyönlü iş aparılırdı.

Onun Ukraynanı tərk etmək istəməməsi barədə bəyanatı sırtıq yalan kimi görünür. Biz daha bir yalanın şahidi o zaman olduq ki, Kiyevdən öz qaçışının arqumentlərindən biri kimi V.Yanukoviç spiker V.Rıbakın döyülməsini nümunə göstərdi, amma spiker öz video müsahibəsində sabiq prezident Yanukoviçin bu və başqa iddialarını təkzib etdi. Bütün bunlar onu göstəririr ki, bu dəfə də V.Yanukoviç xalqın və dövlətin maraqlarını yox, öz şəxsi tamahkar hədəflərini rəhbər tuturdu. Ukraynadan onun qaçışından sonra o, faktiki olaraq dövlət başçısı vəzifələrinin icrası imkanını itirdi və o anda Ukraynada yeganə qanuni hakimiyyət orqanı olan Ukrayna parlamenti hərəkətləri tamamilə qanunidir, adekvatdır və Ukrayna xalqının maraqlarına cavab verir.

- Rusiyanın nümayəndələrinin iddialarını xatırlatmaq istərdim, əgər Yuqoslaviyada albanlara öz dövlətini yaratmağa icazə vermək mümkün idisə, bu qayda ilə krımlılar Ukraynadan ayrıla bilərlər.

- Heç bir münaqişə başqasını təkrarlamır, hərəsinin öz prinsipial xüsusiyyətləri var. Krımdakı vəziyyətlə bunun heç bir analogiyası yoxdur və Rusiyada bunu yaxşı başa düşürlər, ancaq, indi Kremlə Serbiyadan Kosovonun ayrılmasını yada salmaq və Çeçenistanla bağlı yaranmış vəziyyətləri unutmaq sərfəlidir.

Biz Rusiyadakı vəziyyəti təhlil edirik, orda heç də hər şey qaydasında deyil, həmçinin iqtisadi planda. Buna görə də Kremlin analitikləri, heç bir yenilik uydurmadan xarici düşmən obrazı yaratmaq məqsədilə keçmiş SSRİ-nin ideologiyasından istifadə edirlər ki, heç olmasa bu yolla milləti əldə saxlamağı bacarsınlar. Ancaq, Rusiyada hadisələrin inkişafı iddia etməyə əsas verir ki, bütün Rusiya xalqı ona hazırlanmış keçmiş SSRİ-nin statistləri roluyla razı deyil. Buna nümunə kimi 15 martda Moskvada V.Putin siyasətinə və Ukraynaya qarşı təcavüzə etiraz olaraq keçirilmiş mitinqi göstərmək olar. Ancaq Rusiya Federasiyasının rəsmi KİV-ləri elm xadimlərinin, mədəniyyət nümayəndələrinin, hüquq müdafiəçilərinin, politoloqların, iqtisadçıların və alimlərin anti-hərbi müraciətinə diqqət ayırmadıqları kimi bunu da diqqət ayırmadılar. Eyni zamanda "kollektiv Kiselyov" bütün gücünü və enerjisini mədəniyyət xadimlərinin siyahısının populyarlaşmasına xərcləyir, onlar Krımda Kremlin hərəkətlərini dəstəklədilər, hərçənd, siyahıya əlavə edilmə vaxtı bəziləri həyatdan getdilər.

- Siz deyirsiniz ki, rus xalqı anti-ukrayna təbliğatına inanmır. Amma əgər belə təbliğat daha iki il davam etsə, Rusiyanın bütün xalqı ukraynalıları faşist adlandırmayacaqmı?

-  Yox, adlandırmayacaq. Biz SSRİ-də yaşamışıq – bu, qapalı dövlət idi, xaricdən istənilən etibarlı məlumatın yoxluğu vardı. Amma hətta onda da kommunist ideologiyasına inanmayan insanlar vardı. Mən əminəm ki, Rusiyada düşünən insanların əhəmiyyətli hissəsi bu təbliğata inanmır. Biz Rusiyada insanlarla şəxsi əlaqələrə malikik və onlar deyirlər ki, belə azğın yalan-palanı onlar əvvəl  heç təsəvvürlərinə belə gətirməzdilər.

Bu cəhətdən Ukraynayla Rusiya xalqının həmrəylik nümunələrini yada salmaya bilmirəm, bu həmrəylik özünü onda büruzə verir ki, Ukrayna müğənniləri hətta Rusiyada belə Ukraynca çıxış edirlər, Qərbi Ukrayna regionunu təmsil edən müğənnilər isə rusca ifa edirlər. Və nəyə görəsə, rəsmi təbliğat demişkən, Ukraynanı doldurmuş "radikallar və neofaşistlər" buna etiraz etmirlər.

- Yeni Ukrayna hakimiyyətinin Avropa Birliyi və NATO-ya münasibətdə hərəkətləri necə olacaq?

-  Əlbəttə, Avropa Birliyi bizim xarici siyasətimizin əsas vektordur. Biz sürətləndirilmiş templərlə assosiasiya haqqında paraflanmış razılaşmada qalmış bütün məsələləri tamamlayırıq. Rəsmi Brüssel tərəfindən siyasi assosiasiyanın 25 maya qədər imzalanacağı bildirilmişdir, hərçənd, Ukraynanın yeni hakimiyyəti göstərilən razılaşmanı daha əvvəldən imzalamaq üçün əlindən gələn hər şeyi edir.

NATO-ya gəlincə, bu gün Kiyev NATO-ya daxil olmağı planlaşdırmır, hərçənd, bu təşkilatla əməkdaşlıq maksimal aktivləşdiriləcək. Və nə qədər paradoksal olsa da məhz Rusiya mümkün olan hər şey edir ki, Ukrayna NATO-ya daxil olsun.

Bu kontekstdə II dünya müharibəsindən sonra Türkiyədə yaranmış vəziyyəti nümunə gətirmək istərdim. Sirr deyil ki, Ankaranın NATO-ya daxil olmasına Stalinin aqressiv siyasəti təsir göstərdi, çünki o, Bosforda və Dardanelldə rus hərbi gəmilərinin olmasının təminatına çalışırdı. Bu vəziyyətdə Ankaranın təcavüzün öhdəsindən gəlmək üçün NATO-ya kömək üçün müraciət etməkdən başqa əlacı qalmamışdı.

 

Elə həminki vəziyyət indi Ukraynaya münasibətdə özünü göstərir. Ukraynaya qarşı bu ağılsız təcavüzü izah etmək mümkün deyil. Müharibə yalnız Ukrayna və bizim xalqımız üçün yox, həm də bu gün faktiki olaraq Kremlin işğalçılıq siyasətinin girovları olan bizim rus qardaşlarımız üçün qorxunc fəlakət olacaq.

-  Ukraynanın yeni hakimiyyəti Qarabağ problemini necə qiymətləndirəcək?

- Qeyd etmək lazımdır ki, Ukrayna meydan hadisələrindən əvvəl də Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İndi, suveren Ukraynanın praktik Rusiya tərəfindən işğal edilməsi şəraitində, düşünürəm ki, rəsmi Kiyev Azərbaycanın problemini daha aydın dərk edəcək və dövlətlərimizin suverenliyinin təmin edilməsi istiqamətində beynəlxalq aləmin köməyindən istifadə edərək dövlətlərimizin suverenliyinə nail olmağa çalışacaq, mən əminəm ki, Krım hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinə münasibət də fərqli olacaq.

- Bu gün Krımda keçirilən referendumu da diqqətsiz qoymaq olmaz. Bunu necə şərh edə bilərsiniz?

- Mənim fikrimcə, Krımın ayrılması barədə referendum Ukraynanın ərazisinin bir hissəsinin qanunsuz zəbt edilməsi üzrə Kremlin ümumi planının bir hissəsidir. Bu planın digər tərkib hissəsi Rusiya Federasiyası qoşunlarının qanunsuz hərbi müdaxiləsi, həmçinin Ukraynaya qarşı Kreml tərəfindən başlanmış ideoloji müharibədir. Bu gün Krım Muxtar Respublikasında Rusiya Federasiyası Silahlı qüvvələrinin 22 min əsgər və zabiti var, Rusiya KİV-ləri isə bunu görməzdən gəlirlər. Bundan başqa, Rusiyanın müxtəlif diversiya qrupları Aksenovun separatçı rejimi ilə iş birliyində Krımın işğalına qanuni don geyindirməyə çalışırlar. Bu kontekstdə diqqəti ona yönəltmək istərdim ki, Ukraynanın Konstitusiya Məhkəməsi 14 martda verdiyi qərarla referendumun keçirilməsi haqqında Krım Ali Radasının qətnaməsini qeyri-qanuni saydı. Bundan başqa, Venesiya komissiyası, ABŞ və Avropa Birliyi də bu referendumu qeyri-qanuni olaraq tanıdı. Ona görə də bu qanunsuz tədbirin qərarı da həmçinin qanunsuz olacaq. Dünyanın praktik olaraq bütün ölkələri bu mövqedədirlər, Rusiyadan başqa, bu dövlət bütün dünya cəmiyyətini özüylə qarşı-qarşıya qoyur.

Qeyd: Müsahibə Krımda muxtar respublikanın statusu üzrə referendum keçirilən gündən əvvəl alınıb. 

Tərcümə: Ramil Rahiboğlu

ANN.Az

loading...