Umud Mirzəyev Vyanaya yola düşdü

16:50 | 16.10.2015
Umud Mirzəyev Vyanaya yola düşdü

Umud Mirzəyev Vyanaya yola düşdü

Sabah Vyanada Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin iclası öz işinə başlayır. 

Bu nüfuzlu təşkilatda idarə heyətinin üzvlərindən biri olan, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bu gün Vyanaya yola düşüb.

İdarə heyəti görüşündə dünya mediası ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunacaq və bəzi hadisələrə aydınlıq gətiriləcək. BMİ-nin missiyası, məqsədləri, uzun müddətli strategiyasına yenidən baxılacaq, Təşkilatın yeni əlaqələri və əməkdaşlığı müzakirə olunacaq. Həmçinin 2016-cı ildə keçirilməsi nəzərdə tutulan BMİ-nin Dünya Konqresinə hazırlıqlar barədə idarə heyəti üzvləri fikirlərini səsləndirəcəklər. Ən vacib məsələlərdən biri də bu nüfuzlu təşkilata üzv olmağın yeni qaydaları təqdiqlənəcək , nizamnəməsinə yenidən baxılacaq.

Qeyd edək ki, BAMF-ın sədri Umud Mirzəyev BMİ-nin idarə heyətinin üzvü olmaqla yanaşı , bu təşkilatın Bakı Regional Təşəbbüs Mərkəzinin də rəhbəridir .

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM