UNİCEF - Qızlar və əlilliyi olan uşaqlar niyə idmandan uzaqdır?

19:34 | 11.06.2015
UNİCEF - Qızlar və əlilliyi olan uşaqlar niyə idmandan uzaqdır?

UNİCEF - Qızlar və əlilliyi olan uşaqlar niyə idmandan uzaqdır?

Bu gün təqdimatı keçirilən və UNİCEF-in 12-18 yaşlı 15 000 gənc arasında apardığı tədqiqatın nəticələrinə görə,  Azərbaycanda qızların 50 faizindən çoxu və əlilliyi olan uşaqların 65 faizi idman fəaliyyətlərindən istifadə imkanlarına malik deyil. Tədqiqat çərçivəsində ilk dəfə idi ki, 12-18 yaşlı 15 000 gənc idmandan istifadə imkanları barədə öz fikirlərini açıqlayırdı. Respondentlərin 93 faizi idmanın onlar üçün əhəmiyyət kəsb etdiyini bildirib.

"İdman  oyunları oynamaq və idmanla məşğul olmaq hər bir uşağın hüququdur. Əlilliyi olan uşaqlar bir çox hallarda təcrid olunur və ehtiyaclarına lazımı diqqət yetirilmir. UNİCEF Azərbaycanda bütün uşaqların idmanda iştirakını təşviq etmək, idmanın həm uşaqlara, həm də ölkəyə necə töhfə verəcəyi barədə rəylərini  ifadə etməyə həvəsləndirmək üçün fərqli  bacarıqlara malik uşaqlar ilə işləməyə davam edəcək”- deyə  UNİCEF-in  Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze bildirmişdir.

Baku 2015 Avropa oyunlarının Baş icraçı direktoru Simon Clegg bildirib: "Bu məsləhətləşmə prosesi Bakı 2015 Avropa oyunlarının gözəl, təbii davamıdır. Bizim uzunmüddətli strateji baxışımız Azərbaycan gənclərini idmanla məşğul olmağa və sağlam, fəal həyat tərzi sürməyə həvəsləndirməkdir. Bizim üçün sevindirici haldır ki, bu oyunlar idman fəaliyyətini inkişafın mərkəzinə qoymaq üçün gözəl imkan açmış oldu”.

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti